AFFA "Qarabağ"ı cərimələyib
Futbol
- 14 may, 2019
- 11:30
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.
“Report” Milli Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Səbail” – “Keşlə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində qonaqların futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
“Sumqayıt” – “Qəbələ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaq klub 800 manat ziyana düşüb.
“Neftçi” – “Qarabağ” görüşündə Ağdam təmsilçisinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 800 manat cərimə kəsilib.
Son xəbərlər
08:48
"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2
İnfrastruktur08:32
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
Digər ölkələr08:16
Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:01
Bursada TIR motosikletə çırpılıb, iki nəfər ölüb
Region07:42
CNN: ABŞ İranla danışıqları nüvə proqramı üzərində cəmləşdirmək istəyir
Digər ölkələr07:07
ABŞ kəşfiyyat xidmətinin son onillikdə ən böyük yenidənqurmasına başlayır
Digər ölkələr06:42
"Amazon" Mayamidəki aviaqəzadan sonra yükdaşıyıcı ilə əməkdaşlığı dayandırıb
Digər ölkələr06:18
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Avstriyaya buraxılmayacaq
Digər ölkələr05:50