AFFA oyun zamanı dalaşan “Neftçi” və “Səbail”in futbolçularını cəzalandırıb
Futbol
- 07 mart, 2024
- 12:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” oyunu zamanı dalaşan hər iki komandanın bir futbolçusunu cəzalandırıb.
“Report” xəbər verir ki, görüşün 90-cı dəqiqəsində yaşanan qarşıdurma zamanı “Neftçi”dən Sadiq Məmmədli, “Səbail”dən Elmar Baxşızadə bir-birilərini təpik və yumruqla vurublar.
“Səbail”in digər futbolçusu Kərim Orucov 90-cı dəqiqədə qol vurulan zaman rəqibin texniki zonası önündə qeyri-etik jest edib və qarşıdurma vaxtı rəqibi vurub. Onun komanda yoldaşı Fariz Hüseynov isə hakimi təhqir edib.
Adları sadalanan dörd futbolçunun hər biri 4 oyunluq diskvalifikasiya edilib.
“Neftçi”nin üzvü Həsən Mahmudov isə “Səbail”dəki həmkarını təhqir etdiyi üçün 3 matçlıq cəzaya məruz qalıb.
Son xəbərlər
02:51
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
Digər ölkələr
02:25
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
Digər ölkələr
01:50
Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək
Digər ölkələr
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr
23:59
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə