AFFA-nın təşkilatçılığı ilə Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar turnir keçirilib

Futbol
  • 24 aprel, 2019
  • 14:32
AFFA-nın təşkilatçılığı ilə Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar turnir keçirilib

AFFA-nın təşkilatçılığı ilə 2 aprel – Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar turnir keçirilib.

"Report"un məlumatına görə, yarışda Milli Məclisin əməkdaşlarından, incəsənət nümayəndələrindən, jurnalistlərdən və idmançılardan ibarət 4 komanda iştirak edib. 

İncəsənət nümayəndələrinin komandası turnirin qalibi olub. 

Jurnalistlərdən və idmançılardan təşkil olunmuş komandalar müvafiq olaraq ikinci və üçüncü pilləni tutub. 

44 filmi