AFFA İşçi Qrupunun tərkibini müəyyənləşdirib
Futbol
- 15 dekabr, 2023
- 07:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün yaradılan İşçi Qrupunun tərkibi bəlli olub.
“Report”un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə vitse-prezident Elşad Nəsirov İşçi Qrupunun sədri olub.
Vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Fikrət Hüseynov üzv təyin ediliblər.
Bu gün İşçi Qrupunun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.
Son xəbərlər
11:03
Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşır
İnfrastruktur
11:01
Hasil Abbasov: Tələbələrin əksəriyyəti əlaçıdır, amma "LinkedIn"dən xəbərləri yoxdur
Sosial müdafiə
11:01
Braziliyada futbolçulara maaş borcu olan klubların 3 xalı silinəcək
Futbol
10:58
Qırğızıstanda prezident seçkilərinin keçirilməsinə 14 milyon dollara yaxın vəsait ayrılıb
Region
10:57
İlqar Bayramlı: Qadınların peşə təhsilində iştirak göstəricisi 42 %-ə yüksəlib
Elm və təhsil
10:57
ING: Neftin bir bareli üçün hər 1 dollar Azərbaycan büdcəsinə ildə 200 milyon dollar gəlir gətirir
Maliyyə
10:52
Putin və Si Cinpinin danışıqları iki saatdan çox davam edib
Digər
10:51
Azər Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək
Energetika
10:48
Naxçıvanda dövlət əmlakının icarəsindən daxilolmalar 37 % artıb
Maliyyə