"Qarabağ" və "Zirə" futbolçularına görə cərimələndi

"Qarabağ" və "Zirə" futbolçularına görə cərimələndi Matçda futbol formasında standartların pozulması səbəb olub
Futbol
23 Fevral , 2021 12:44
Qarabağ və Zirə futbolçularına görə cərimələndi
Uroş Matiç

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 3 min manat məbləğində cərimələyib.

"Report" xəbər verir ki, buna Ağdam təmsilçisinin serbiyalı futbolçusu Uroş Matiçin Premyer Liqanın XVI turunda "Sumqayıt"la qolsuz yekunlaşan matçda futbol formasında standartların pozulması səbəb olub.

Komitə "Zirə"nin müdafiəçisi Dmitrios Çantakiasa isə iki oyunluq cəza verib. O, "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Paytaxt təmsilçisi bu səbəbdən 1600 manat ziyana düşüb.

Qeyd edək ki, Uroş Matiçin formasında Azərbaycan əlifbasından kənar hərfdən istifadə edilmişdi.

Son xəbərlər

Orphus sistemi