AFFA İntizam Komitəsi “Sumqayıt” – “Sabah” oyunu ilə bağlı qərarını açıqlayıb

AFFA İntizam Komitəsi “Sumqayıt” – “Sabah” oyunu ilə bağlı qərarını açıqlayıb AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.
Futbol
26 Oktyabr , 2023 14:53
AFFA İntizam Komitəsi “Sumqayıt” – “Sabah” oyunu ilə bağlı qərarını açıqlayıb

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununda baş verən neqativ hallarla bağlı qərarını açıqlayıb.

“Report” assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” klubu 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Sabah”ın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun, həmçinin 24.08.2023-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə ilə cəzalandığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə olunmaqla ümumilikdə 2 oyun cəzalanıb. Paytaxt klubu isə 1000 manat cərimə edilib.

Qeyd edək ki, ötən gün baş tutan matç "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi