AFFA-da xüsusi İşçi Qrupu hələ yaradılmayıb

Futbol
  • 07 dekabr, 2023
  • 07:53
AFFA-da xüsusi İşçi Qrupu hələ yaradılmayıb
Vaqif Sadıqov

Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi üçün AFFA-nın nəzərdə tutduğu xüsusi İşçi Qrupu hələ yaradılmayıb.

Bu barədə “Report”a AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, İşçi Qrupu yaradılmadığından, adları Azərbaycan millisi ilə birgə hallanan məşqçilərə maraq göstərilməsi real deyil: “Əvvəlcə İşçi Qrupu yaradılmalı, istiqamət müəyyənləşdirilməlidir. Yalnız bundan sonra namizədlərlə bağlı müzakirələr aparıla bilər. Bunlar hələ olmadığı üçün hansısa məşqçinin milliyə təyinatı barədə danışmaq yersiz olar”.

Qeyd edək ki, AFFA İcariyyə Komitəsinin noyabrın 22-də keçirdiyi fövqəladə iclasında yığmanın baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün xüsusi İşçi Qrupunun yaradılması qərara alınıb. Xüsusi İşçi Qrupuna həm İcraiyyə Komitəsi üzvlərinin, həm də kənardan mütəxəssislərin cəlb olunması planlaşdırılır.