ABŞ klubunun rəsmisi: "Nəriman Axundzadənin komandamızda inkişaf etməsini səbirsizliklə gözləyirik"

Futbol
  • 10 fevral, 2026
  • 22:47
ABŞ klubunun rəsmisi: Nəriman Axundzadənin komandamızda inkişaf etməsini səbirsizliklə gözləyirik

ABŞ-nin "Kolambus Kryu" komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin inkişafını səbirsizliklə gözləyir.

"Report" xəbər verir ki, bu sözləri adıçəkilən klubun baş meneceri İssa Toll deyib.

O, "Qarabağ"dan "Kolambus Kryu" kollektivinə keçən Nəriman Axundzadənin transferi ilə bağlı danışıb:

"Nəriman klubumuza fərqli bacarıqlar gətirəcək və bu, komandamıza əlavə bir ölçü qatacaq. Onun texniki keyfiyyətləri və yüksək iş əzmi oyun üslubumuzla çox yaxşı uyğunlaşır.

Gənc yaşına baxmayaraq, Nəriman artıq həm ölkə daxilində, həm Avropa səviyyəsində, həm də milli komandada təcrübə qazanıb. Onu Kolambusda qarşılamaqdan məmnunuq və klubumuzda necə inkişaf edəcəyini səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Nəriman Axundzadə "Kolambus Kryu" klubu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti