Abdolbari Goozal: "Çox yaxşı transferlərimiz olacaq" - MÜSAHİBƏ

Abdolbari Goozal: "Çox yaxşı transferlərimiz olacaq" - MÜSAHİBƏ Qarabağ futbol klubunun prezidenti Abdolbari Goozalın Reporta eksklüziv müsahibəsi:
Futbol
4 İyun , 2019 17:49
Abdolbari Goozal: Çox yaxşı transferlərimiz olacaq - MÜSAHİBƏ

"Qarabağ" futbol klubunun prezidenti Abdolbari Goozalın "Report"a eksklüziv müsahibəsi:

- "Qarabağ" ardıcıl 6-cı mövsüm Azərbaycan çempionu oldu. Bəs Çempionlar Liqasında hədəf nə olacaq?

- Əlbəttə, "Qarabağ"ın həmişə hədəfi var. Hədəfsiz olmaz. Komandamız 6-cı dəfə ölkə çempionu olmaqla yanaşı, böyük beynəlxalq təcrübə də qazanıb. Baş məşqçi Qurban Qurbanov bəzi dəyişikliklər edəcək. Əminəm ki, çox yaxşı transferlərimiz olacaq və biz ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəyik.

- Qışda, demək olar ki, yeni transfer olmadı. Qarşıdakı günlərdə heyətdə yeni futbolçu görə biləcəyikmi?

- Transfer pəncərəsi yeni açılıb. Hazırda yaxşı transferlər nəzərdə tutulub. Artıq dünən bir futbolçu ilə anlaşmışıq. Yenə oyunçu almağa da davam edəcəyik. 

- Həmin futbolçunun adlarını açıqlaya bilərsiniz?

- Onu deyə bilərəm ki, İspaniyadandır və zəngin karyeraya malikdir.  

- "Qarabağ"ın vitse-prezidenti Tahir Goozal ölkə xaricində yaşayır. Siz isə daha çox iş adamı kimi fəaliyyət göstərirsiniz. Bu amillər klubun idarə edilməsində hər hansı çətinlik yaratmır?

- Xeyr. Biz klubda Qurban Qurbanovun işlərinə müdaxilə etmirik. Onun gündəlik işinə və siyasətinə qarışmırıq. Adətən, baş məşqçiyə dəstək veririk. Tahir bəy də ölkəyə gələndə klubla maraqlanır və öz işini davam etdirir. O, bir müddət İsveçrədə qalacaq. Daha sonra isə fəaliyyətinin böyük hissəsi burada olacaq.

- Müqaviləni uzatdığınız oyunçular arasında kapitan Rəşad Sadıqov da var. Təcrübəli müdafiəçi ilə nə vaxtadək yola davam etmək istəyirsiniz?

- Rəşad Sadıqov "Qarabağ"ın əsas oyunçularından biridir. Ümid edirəm ki, komandanın formasını oynaya bildiyi qədər geyinəcək. Oynaya bilmədiyi vaxt isə məşqçi kimi klubda çalışacaq. 

Son xəbərlər

Orphus sistemi