Portuqaliya millisinin 41 yaşlı futbolçusu Pepe karyerasını davam etdirməyi düşünür.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "Portu" klubundan ayrılan müdafiəçi başqa komanda ilə anlaşa bilər.
İspaniyanın "Selta" kollektivi onun xidmətində maraqlıdır.
Qeyd edək ki, Pepe Almaniyada keçirilən Avropa çempionatında Portuqaliya yığmasının əsas heyət üzvü olub.