"Zaqreb Open": Azərbaycanın 7 sərbəst güləşçisi mübarizəyə başlayır

"Zaqreb Open": Azərbaycanın 7 sərbəst güləşçisi mübarizəyə başlayır Turnir fevralın 5-də başa çatacaq
Fərdi
1 Fevral , 2023 09:46
Zaqreb Open: Azərbaycanın 7 sərbəst güləşçisi mübarizəyə başlayır

Azərbaycanın 7 sərbəst güləşçisi bu gün Xorvatiyada start götürəcək "Zaqreb Open"də mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yarışın ilk günündə 57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 final mərhələsində polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq.

70 kq-da Xadjimurad Qadjiyev təsnifatda italiyalı Canluka Talamoya, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeyə rəqib olub.

74 kq-dakı Cəbrayıl Qadjiyev təsnifatda rumıniyalı Krisztian Biroyla, 86 kq-dakı Abubakr Abakarov 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.

Qeyd edək ki, "Zaqreb Open" fevralın 5-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi