Yunanıstanlı Avropa çempionunun Bakıya səfərinin məqsədi bəlli olub

Yunanıstanlı Avropa çempionunun Bakıya səfərinin məqsədi bəlli olub Avarçəkmə üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu və dünya ikincisi Dimitrios Mouyiosun Bakıya səfərinin məqsədi bəlli olub.
Fərdi
7 Oktyabr , 2024 12:19
Yunanıstanlı Avropa çempionunun Bakıya səfərinin məqsədi bəlli olub

Avarçəkmə üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat Avropa çempionu və dünya ikincisi Dimitrios Mouyiosun Bakıya səfərinin məqsədi bəlli olub.

Bu barədə "Report"a Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanov məlumat verib.

Onun sözlərinə görə, D.Moiyuos AKAF-ın son illərdə gördüyü işlər, keçirilən beynəlxalq yarışlar və qazanılan nəticələrlə tanış olub:

"O, Bakıya Milli Olimpiya Komitəsinin dəvəti ilə gəlmişdi. Səfər çərçivəsində bizim federasiyanın binasına da baş çəkdi. "Bakı" klubunun fəaliyyəti ilə tanış oldu. Yaradılan şəraitdən razı qaldığını bildirdi. Xüsusən də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya ilk dəfə daxil edilən çimərlik sprintinin ("beach sprint") Azərbaycanda inkişafı üçün hər cür şərait olduğunu vurğuladı. Həmçinin Yunanıstanla Azərbaycanın Avarçəkmə və Kanoe Federasiyaları arasında əlaqələrə öz töhfəsini verməyə, təcrübə mübadiləsinin aparılmasına çalışacağını bildirdi".

Son xəbərlər

Orphus sistemi