Yaşar Bəşirov: "Bir qızıl medal söz vermişdim, nəticəmiz daha yaxşı oldu"

Yaşar Bəşirov: "Bir qızıl medal söz vermişdim, nəticəmiz daha yaxşı oldu" "Yadınızdadırsa, yarışdan öncə 3-4 medal qazanacağımızı demişdim. Bir "qızıl" söz vermişdim, lakin bildirmişdim ki, iki də ola bilər. Sevinirəm ki, nəticəmiz daha yaxşı oldu".
Fərdi
23 iyun 2023 17:32
Yaşar Bəşirov: Bir qızıl medal söz vermişdim, nəticəmiz daha yaxşı oldu

"Yadınızdadırsa, yarışdan öncə 3-4 medal qazanacağımızı demişdim. Bir "qızıl" söz vermişdim, lakin bildirmişdim ki, iki də ola bilər. Sevinirəm ki, nəticəmiz daha yaxşı oldu".

Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov İrina Zaretskanın (68 kq) Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qaznması barədə danışarkən deyib.

Funksioner 27 yaşlı idmançıya güvəndiyini bildirib: "Məncə, İrina Avropa Oyunlarının ikiqat qalibi olan yeganə idmançıdır. Ona görə çox sevinirəm. Zaretskanı Azərbaycan millisinə 2014-cü ildə mən cəlb etmişəm. Doğrudan da ona çox güvənirdim. Özünün də dediyi kimi, qələbə qazanacağına ondan çox inanıram. Bu gün də qalib gələcəyimə ümidim böyük idi. Belə də oldu".

Bəşirov medal əldə edən digər karateçilərin çıxışını da dəyərləndirib: "Təəssüf ki, Asiman Qurbanlı qızıl medal qazana bilmədi. Rəqibi çox güclü idi. Amma bürünc medal da pis deyil. Ötən gün Tural Ağalarzadə (67 kq) yarışın qalibi olmuşdu. Avropa Oyunlarında 2 qızıl və bir bürünc medal federasiyamız üçün böyük uğurdur. Nəticəmizi uğurlu saymaq olar. Turalın bəxti gətirmirdi. Çox vaxt 2-ci və ya 3-cü olurdu. Amma bu dəfə gözəl işlədi. Sevindirici haldır ki, həm qadınların, həm də kişilərin mübarizəsində medal qazandıq. Bu da onu göstərir ki, güclü komandamız var. 8 karateçidən 3-ü medal götürdü. Bu, haradasa heyətin yarısı deməkdir".

Son xəbərlər

Orphus sistemi