Yuxarı

Yaqub Eyyubov Azərbaycan şahmatçılarının Olimpiadadakı çıxışlarını izləyib

Təşkilat Komitəsinin sədri Bakı Kristal Zalında olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ 42-ci Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov bu gün Bakı Kristal Zalında olub. Yarışın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət yığma komandalarının oyunlarını izləyən Yaqub Eyyubov şahmatçılara uğurlar arzulayıb.

Olimpiadanın dördüncü günündə Azərbaycanın kişilərdən ibarət əsas komandası Rumıniya yığması ilə qarşılaşır. İkinci komanda əlil şahmatçılardan ibarət beynəlxalq komanda (İBCA) ilə gücünü sınayır. Azərbaycanın üçüncü yığması isə Türkmənistan ilə üz-üzə gəlir.

Qadınlardan ibarət əsas komanda dördüncü turda Rumıniya ilə qarşılaşır. İkinci milli İtaliya, üçüncü komanda isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirir.

Qeyd edək ki, Bakı Olimpiadasında rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi