Xetaq Qazyumov: “Azərbaycan millisinə ən yaxşı güləşçilər cəlb olunub”

Xetaq Qazyumov: “Azərbaycan millisinə ən yaxşı güləşçilər cəlb olunub” “Avropa çempionatı üçün açıqlanan heyətə ən yaxşı güləşçilər cəlb olunub”.
Fərdi
14 Aprel , 2023 13:14
Xetaq Qazyumov: “Azərbaycan millisinə ən yaxşı güləşçilər cəlb olunub”
Xetaq Qazyumov

“Avropa çempionatı üçün açıqlanan heyətə ən yaxşı güləşçilər cəlb olunub”.

“Report” xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov jurnalistlərə açıqlamasında deyib.

40 yaşlı mütəxəssis Xorvatiyanın paytaxtı Zaqrebə ən yaxşı formada olan idmançıların aparılacağını bildirib: “Onlar istər daxili, istərsə də beynəlxalq arenalarda özlərini göstərməyi bacarıblar. Bu güləşçilər millidə olmağa layiqdirlər”.

Yığmanın baş məşqçi postuna martda təyin olunan Qazyumov qitə birinciliyində uğurlu nəticə göstərmək istədiklərini vurğulayıb: “Mənə etimad göstərdiyi üçün Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Bu inamı doğrultmağa çalışacağam. Yığmamız ötən il komanda hesabında Avropa çempionu olub. Bu uğuru təkrarlamaq çətin olacaq. Buna nail olmaq üçün maksimum gücümüzlə mübarizə aparacağıq”.

Veteran pəhləvan təlim-məşq toplanışının iki mərhələdən ibarət olduğunu söyləyib: “İlk mərhələdə əsasən fiziki, texniki, taktiki hazırlıq üzərində çalışdıq. Açığı, millidə hələ yeni olduğum üçün təfərrüatı ilə nəsə deməyim düzgün olmaz. Ümumilikdə vəziyyət yaxşıdır”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 17-dən 23-dək keçiriləcək. Sərbəst güləş yığması qitə birinciliyində 10 idmançı ilə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi