“Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub

“Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub Qəbələnin ev sahibliyi edəcəyi “Vüqar Həşimov Memorialı”nın iştirakçılarında dəyişiklik olub.
Fərdi
27 Noyabr , 2023 12:15
“Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub

Qəbələnin evsahibliyi edəcəyi “Vüqar Həşimov Memorialı”nın iştirakçılarının siyahısında dəyişiklik olub.

“Report” turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Polşa təmsilçisi Yan-Kşiştof Duda Təşkilat Komitəsinə səhhəti ilə əlaqədar yarışda iştirak edə bilməyəcəyi ilə bağlı müraciət ünvanlayıb.

Onun əvəzinə Hindistan şahmatçısı Arcun Eriqaysi ilk dəfə “Vüqar Həşimov Memorialı”na dəvət olunub.

14 yaşında beynəlxalq qrossmeyster olan Arcun Eriqaysi gənclər arasında Asiya çempionatının gümüş mükafatçısıdır. Ötən il Sinqapurdan olan şirkətlə 1,5 milyon dollarlıq sponsor müqaviləsi imzalamaqla diqqət çəkib.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 8-11-i aralığında Qəbələdə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi