Qəbələdə keçirilən “Vüqar Həşimov Memorial-2023” superturniri davam edir.
“Report”un məlumatına görə, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid üzrə daha 3 turun partiyaları oynanılıb.
IV, V və VI turun görüşlərindən sonra üçhakimiyyətlilik hökm sürüb. Belə ki, üç qrossmeyster 6 turdan sonra hərəyə 7 xalla liderliyi bölüşdürür.
Günün ilk gedişini isə gənclər və idman naziri Fərid Qayıbov edib.
IV tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Nicat Abasov (Azərbaycan) 0,5:0,5
Yorden Van Forest (Niderland) - Rauf Məmmədov (Azərbaycan) 0:1
Rixard Rapport (Rumıniya) - Aydın Süleymanlı (Azərbaycan) 0,5:0,5
Boris Qelfand (İsrail) - Santoş Vidit (Hindistan) 0,5:0,5
Eriqaisi Arjun (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan) 0:1
V tur
Nicat Abasov - Eriqaisi Arjun 0:1
Santoş Vidit - Şəhriyar Məmmədyarov 0:1
Aydın Süleymanlı - Boris Qelfand 0,5:0,5
Rauf Məmmədov - Rixard Rapport 0:1
Teymur Rəcəbov - Yorden Van Forest 0:1
VI tur
Eriqaisi Arjun - Yorden Van Forest 0,5:0,5
Rixard Rapport - Teymur Rəcəbov 0,5:0,5
Boris Qelfand - Rauf Məmmədov 1:0
Şəhriyar Məmmədyarov - Aydın Süleymanlı 0:1
Nicat Abasov - Santoş Vidit 0,5:0,5
Xal durumu: Arjun Eriqaisi, Nicat Abasov, Aydın Süleymanlı - hamısı 7 xal, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vidit Santoş, Rauf Məmmədov - hamısı 6, Yorden Van Forest, Rixard Rapport, Boris Qelfand - hamısı 5.