Veteran cüdoçu: "İnanıram ki, yeni məşqçilər heyəti etimadı doğruldacaq"

Veteran cüdoçu: "İnanıram ki, yeni məşqçilər heyəti etimadı doğruldacaq" “Azərbaycan Cüdo Federasiyası milli komandamıza yeni məşqçilər təyin edib. Baş məşqçi vəzifəsində Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev çalışacaq. Köməkçiləri - Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov
Fərdi
12 Avqust , 2021 17:16
Veteran cüdoçu: İnanıram ki, yeni məşqçilər heyəti etimadı doğruldacaq
Azər Əsgərov

“Azərbaycan Cüdo Federasiyası milli komandamıza yeni məşqçilər təyin edib. Baş məşqçi vəzifəsində Pekin olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev çalışacaq. Köməkçiləri - Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev olacaqlar. Mən veteran cüdoçu kimi, bu qərarı bəyənir və alqışlayıram. İnanıram ki, onlar Azərbaycan cüdosunun şöhrətini bərpa etmək, yüksək nailiyyətlər qazanmaq üçün əzmkarlıq göstərəcəklər”.

"Report"un məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov özünün şəxsi internet səhifəsində (azeraskerov.az) yazıb.

O, bildirib ki, Mövlud Mirəliyevin olimpiada təcrübəsi var və onun yeni olimpiya ümidlərimizin yetişməsinə töhfə vermək imkanları böyükdür: "Baş məşqçinin köməkçiləri də tanınmış, təcrübəli və usta idmançılardır. Mən onların arasında Azərbaycan cüdosunun daha bir tanınmış simasının – Sidney Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Səlimovun da olmasını arzulayardım. Əminəm ki, Rəsul öz təcrübəsi, istedadı və idmançı keyfiyyətləri ilə məşqçilər heyətinin fəaliyyətini daha da gücləndirə bilər”.

Federasiya rəhbərliyinin milli komandanı məhz milli heyətə etibar etməsini təqdirəlayiq hal kimi dəyərləndirən veteran cüdoçu məşqçilər heyətini təbrik edib, onlara uğurlar arzulayıb.

Azər Əsgərov
Azər Əsgərov

Son xəbərlər

Orphus sistemi