Rumıniyanı təmsil edən ukraynalı şahmatçı Kirill Şevçenko İspaniyanda keçirilən yarışda tez-tez tualetə getdiyi üçün diskvalifikasiya edilib.
"Report" "Chess.com"a istinadən xəbər verir ki, 22 yaşlı qrossmeysterin turnirin keçirildiyi yerin tualetində mobil telefondan istifadə etdiyi aşkarlanıb.
Onun görüş zamanı tez-tez tualetə getməsi yarış iştirakçılarında və təşkilatçılarda şübhə yaradıb. Daha sonra Şevçenkonun mobil telefondan istifadə etməsi sübuta yetirilib.
Bu səbəbdən turnirdə Rumıniyanı təmsil edən şahmatçının bütün nəticələri lğv edilib.