UFC-də bir döyüş şübhəli mərc səbəbindən ləğv edilib

Fərdi
  • 27 yanvar, 2026
  • 17:01
UFC-də bir döyüş şübhəli mərc səbəbindən ləğv edilib

UFC 324 turnirində Maykl Conson – Aleksandr Hernandes döyüşü mərclə bağlı şübhəli fəaliyyətə görə ləğv edilib.

"Report" xəbər verir ki, UFC prezidenti Dana Uayt mətbuat konfransında açıqlayıb ki, mərclərin bütövlüyünə nəzarət edən agentlikdən təşkilata şübhəli elementlər barədə məlumat daxil olub.

Bundan sonra UFC rəhbərliyi döyüşün keçirilməməsi barədə qərar verib.

"Bizə zəng gəldi və döyüşü dayandırdıq. Bu mövzuda əlavə şərh verməyəcəyəm", – deyə Uayt bildirib.

Bu, UFC-də şübhəli mərc fəaliyyəti ilə bağlı ilk hadisə deyil. Təxminən üç ay əvvəl İsaak Dulqaryan – Yadier Del Valle döyüşü də oxşar səbəblə gündəmə gəlmişdi. Həmin görüş ləğv olunmamış, lakin aşkar favorit sayılan Dulqaryan məğlub olmuşdu. Daha sonra UFC onunla olan müqaviləni ləğv etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti