Türkiyə Super Liqasının 3 oyunu təxirə salınıb
- 06 fevral, 2023
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar Superliqada bu gün keçirilməli olan 3 oyun təxirə salınıb.
"Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) xəbər yayıb.
Bildirilib ki, ölkədəki vəziyyətlə bağlı "Ümraniyespor" - "Adana Demirspor", "Fənərbağça" - "Konyaspor" və "Giresunspor" - "Kayserispor" matçları başqa vaxt oynanılacaq.
Bundan başqa, I və II Liqanın bəzi qarşılaşmalarının da vaxtı dəyişdirilib.
12:47
Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.
"Report"un məlumatına görə, bu barədə gənclik və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlama verib.
O bildirib ki, tədbirlər ikinci xəbərdarlığadək keçirilməyəcək.
Qeyd edək ki, Türkiyədə 7,4 maqnitudalı gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.