Tomas Bax: "Tokio olimpiadasındakı səviyyə məni təəccübləndirdi"

Tomas Bax: "Tokio olimpiadasındakı səviyyə məni təəccübləndirdi" "Mən də daxil olmaqla, hamımız olimpiadanın ruhsuz keçəcəyindən narahat idik. Amma tam fərqli mənzərənin şahidi olduq. İdmançılar Oyunlara nəhəng olimpiya ruhu verə bildi"
Fərdi
6 Avqust , 2021 10:48
Tomas Bax: Tokio olimpiadasındakı səviyyə məni təəccübləndirdi
Tomas Bax

"Mən də daxil olmaqla, hamımız olimpiadanın ruhsuz keçəcəyindən narahat idik. Amma tam fərqli mənzərənin şahidi olduq. İdmançılar Oyunlara nəhəng olimpiya ruhu verə bildilər".

"Report"un məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax jurnalistlərə açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarının gedişatı barədə danışarkən deyib.

Almaniyalı funksioner bildirib ki, hazırkı atmosfer əvvəlkindən daha güclüdür: "Bir çox söhbətlərdə Oyunların baş tutmasına görə böyük minnətdarlıq sözləri eşitdim. Buradakı idman səviyyəsi də inanılmaz dərəcədə yüksək oldu və bu da məni yaxşı mənada təəccübləndirdi. Axı, son 16 ayda hansı sınaqlardan keçdiyimizi hamımız bilirik".

Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi