Bakı. 27 aprel. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax KXDR və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İnin görüşünü şərh edib.
"Report"un məlumatına görə, almaniyalı funksioner idmanın rolunu qabardıb.
T.Bax deyib: "Tez-tez beynəlxalq münasibətlərin sərt real siyasət olduğunu söyləyirlər. Buna görə də bəzilərini məhz idmanın gücünün KXDR və Cənubi Koreyaya konfrontasiyadan dialoqa keçməyə kömək etdiyi faktı təəccübləndirə bilər. 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında Açılış mərasimində iki ölkənin idmançılarının birləşmiş bayraq altında vahid yığma kimi yan-yana addımladıqları dəqiqələr tarixi hadisə idi. Görünür, bu, təsadüfən baş vermədi, 2014-cü ildə IOC-un yüksək səviyyəli dövlət sturukturlarının danışıqlara cəlb olunması istiqamətində uzun danışıqların nəticəsi idi".
Qeyd edək ki, KXDR və Cənubi Koreya liderləri bu gün görüşüb. Görüşdə iki ölkə düşmənçilik fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.