Tokio-2020 Yay Olimpiya Oyunlarında yelkənli qayıq növündə iştirak etmiş tunisli Eyya Gezgez vəfat edib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 17 yaşlı idmançı məşq zamanı qəzada dünyasını dəyişib.
Onun əkiz bacısı hadisədən sonra sağ qalmağı bacarıb.
Qeyd edək ki, hər iki idmançı Tokio olimpiadasında birlikdə yarışıb və "49er FX" yarışında 21-ci yeri tutublar. Onlar Yay Olimpiya Oyunlarının ən gənc iştirakçılarından olublar.