Tokio-2020: Taekvondoçularımız medal şanslarını itirdi - YENİLƏNİB - 3

Tokio-2020: Taekvondoçularımız medal şanslarını itirdi - YENİLƏNİB - 3 Azərbaycanın daha bir taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fərdi
26 İyul , 2021 11:58
Tokio-2020: Taekvondoçularımız medal şanslarını itirdi - YENİLƏNİB - 3

Azərbaycanın teakvondoçu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında medal şansını itirib.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançını 1/4 finalda məğlubiyyətə uğradan Nikita Rafaloviç finala adlaya bilməyib.

O, yarımfinalda Saleh Elşarabatiyə (İordaniya) uduzub.

Beləliklə, Fəridə Əzizovanın (67 kq) ardından Milad Beigi Hərçəqani də Tokio-2020-ni medalsız başa vurub.

11:12

Azərbaycanın qadın teakvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarında medal şansını itirib.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 finalda məğlubiyyətə uğradan Peyc Makferson (ABŞ) finala adlaya bilməyib.

O, yarımfinalda Matea Jeliclə (Xorvatiya) bacarmayıb.

Beləliklə, Əzizova Tokio-2020-ni medalsız başa vurub.

10:23

Azərbaycanın taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Nikita Rafaloviçlə (Özbəkistan) üz-üzə gəlib.

Hərçəqani rəqibinə 1:12 hesabı ilə uduzub. O, daha əvvəl Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəlmişdi.

Qeyd edək ki, digər taekvondoçu Fəridə Əzizova (67 kq) ilk görüşdə Peyc Makfersona (ABŞ) məğlub olub.

07:24

Azərbaycanın daha bir taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqlə üz-üzə gəlib.

Rəqibinə 15:11 hesabı ilə qalib gələn Hərçəqani 1/4 finala yüksəlib. İlk raundda idmançılar xal qazana bilməyib. Azərbaycan təmsilçisi ikinci raundda 6:7 hesabı ilə uduzsa da, sonuncu raundda 9:4 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, digər taekvondoçu Fəridə Əzizova (67 kq) ilk görüşdə Peyc Makfersona (ABŞ) uduzub.

05:41

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gəlib.

Əzizova rəqibinə 5:8 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesablı qələbə qazansa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb - 3:3.

Qeyd edək ki, Fəridə Əzizova Azərbaycan yığmasının bayraqdarlarından biridir.

Son xəbərlər

Orphus sistemi