"Tokio-2020"nin qaydaları açıqlandı

"Tokio-2020"nin qaydaları açıqlandı Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Paralimpiya Komitəsi və "Tokio-2020"nin Təşkilat Komitəsi Yaponiya paytaxtında keçiriləcək olimpiadanın qaydalarının birinci versiyasını təqdim edib
Fərdi
3 Fevral , 2021 13:55
Tokio-2020nin qaydaları açıqlandı

Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Paralimpiya Komitəsi və "Tokio-2020"nin Təşkilat Komitəsi Yaponiya paytaxtında keçiriləcək olimpiadanın qaydalarının birinci versiyasını təqdim edib.

"Report" xəbər verir ki, bu barədə IOC-un rəsmi saytı məlumat yayıb.

Lojistik səbəblərdən ilk versiya beynəlxalq federasiyalar və rəsmi nümayəndələr üçün nəzərdə tutulub. Qarşıdakı günlərdə isə idmançılar və media işçiləri üçün təlimatlar açıqlanacaq.

Təlimatlar olimpiya və paralimpiya oyunlarının iştirakçıları üçün rəsmi mərkəzləşdirilmiş məlumat mənbəyidir və yarışın təhlükəsiz keçirilməsinə xidmət edəcək.

Burada əsas prinsiplərdən biri minimum 2 metrlik sosial məsafəni qorumaq, maskadan istifadə etmək, qapalı və sıx məkanlardan uzaq olmaqdır. İkinci vacib məsələ koronavirus testi vermək, cavab müsbət çıxarsa, özünü təcrid etməkdir. Həmçinin şəxsi gigeyena qaydalarına da ciddi əməl olunmalıdır.

İdmançılar yarışlarda tamaşaçı kimi iştirak edə bilməyəcəklər. Onlar Tokioya səfərdən 14 gün öncə koronavirus testinin mənfi olduğu barədə sənəd təqdim etməlidir.

Hər ölkə öz nümayəndə heyəti üçün xüsusi şəxs təyin etməlidir. O, IOC, Təşkilat Komitəsi və Yaponiyanın yerli səhiyyə idarələrini mütəmadi olaraq, COVID-19-la bağlı vəziyyət barədə məlumatlandırmalıdır.

Qaydaların növbəti versiyasının apreldə dərc ediləcəyi vurğulanıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi