Tokio-2020: Əfqanıstan təmsilçisi paralimpiadada çıxış edib

Tokio-2020: Əfqanıstan təmsilçisi paralimpiadada çıxış edib Paralimpiyaçı Hüseyn Rəsuli "Taliban" qruplaşmasının ələ keçirdiyi Əfqanıstandan çıxdıqdan sonra Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edib
Fərdi
31 Avqust , 2021 14:26
Tokio-2020: Əfqanıstan təmsilçisi paralimpiadada çıxış edib
Hüseyn Rəsuli

Paralimpiyaçı Hüseyn Rəsuli "Taliban" qruplaşmasının ələ keçirdiyi Əfqanıstandan çıxdıqdan sonra Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edib.

"Report"un məlumatına görə, üç gün əvvəl Yaponiya paytaxtına çatan 26 yaşlı idmançının 100 metr məsafəyə qaçışa qatılması planlaşdılırıb.

Lakin bu yarışlar daha əvvəl baş tutduğu üçün paralimpiyaçı uzununa tullanma növündə mübarizə aparıb. Rəsuli 4,46 m nəticə ilə sonuncu - 13-cü olub.

O, "Taliban"ın yerləşdirdiyi minanın partlamasından sonra sol qolunun bir hissəsini itirib. Beynəlxalq Paralimpiya Komitəsinin qərarına əsasən, idmançı təhlükəsizlik səbəbindən çıxışından sonra media ilə əlaqə saxlamayıb.

Əfqanıstan taekvondoçusu Zəkiyə Xudadadinin sentyabrın 2-də yarışacağı gözlənilir. O, ölkəsinin paralimpiadada mübarizə aparan ilk qadın təmsilçisi olacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi