Tokio-2020: Azərbaycanın ilk paralimpiyaçısı mübarizəyə başlayır

Tokio-2020: Azərbaycanın ilk paralimpiyaçısı mübarizəyə başlayır Bu gün Azərbaycan idmançıları Tokio-2020 Yay Paralimpiya oyunlarında mübarizəyə start verəcək.
Fərdi
26 Avqust , 2021 00:00
Tokio-2020: Azərbaycanın ilk paralimpiyaçısı mübarizəyə başlayır
Pərvin Məmmədov

Bu gün Azərbaycan komandası Tokio-2020 Yay Paralimpiya oyunlarında mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, yarışın növbəti günündə pauerliftinq idman növündə Pərvin Məmmədov qüvvəsini sınayacaq.

49 kq çəki dərəcəsində yer alan paralimpiyaçının çıxışı Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Azərbaycan komandası Tokio-2020-ə 36 lisenziya qazansa da, paracüdoçu Ramil Qasımov koronavirusa yoluxduğu üçün yarışdan kənarlaşdırılıb. Beləliklə, ölkəni Oyunlarda 35 idmançı təmsil edəcək. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi