Suda kütləvi üzmə yarışı yenidən Mingəçevirdə keçiriləcək
Fərdi
- 28 avqust, 2023
- 05:01
Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Kürü keçək?!" açıq suda üzmə yarışı keçiriləcək.
“Report” xəbər verir ki, layihə sentyabrın 2-də ikinci dəfə Mingəçevirdə, Kür sahilində reallaşacaq.
Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil ediləcək yarışda Azərbaycanın bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə biləcək. Gənclər və İdman Nazirliyinin yerli regional qurumları yarış barədə yerlərdə məlumatlandırılıb. Sonda qaliblər medallar və diplomlarla təltif olunacaqlar.
Qeyd edək ki, 2022-ci ildə eyniadlı layihədə müxtəlif yaşlarda təxminən 300-ə yaxın peşəkar və həvəskar üzgüçü iştirak edib.
Son xəbərlər
01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14
Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir
Xarici siyasət01:05
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan göndərib
Region00:46
UEFA Millətlər Liqası: Türkiyə millisi Fransa yığmasına uduzub
Futbol00:35
Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb
Xarici siyasət00:30
Azərbaycan-Mərakeş münasibətlərinin mövcud vəziyyəti nəzərdən keçirilib
Xarici siyasət00:08
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
Futbol23:58
ABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir
Digər ölkələr23:36