Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturnirinin başlama vaxtı müəyyənləşib

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturnirinin başlama vaxtı müəyyənləşib Bakı. 19 fevral. REPORT.AZ/ “Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess superturniri bu il də keçiriləcək. İlk tur martın 31-də nəzərdə tutulub”.
Fərdi
19 Fevral , 2019 15:45
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess superturnirinin başlama vaxtı müəyyənləşib

Bakı. 19 fevral. REPORT.AZ/ “Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri bu il də keçiriləcək. İlk tur martın 31-də nəzərdə tutulub”. 

Bunu “Report”a “Microsoft Azerbaijan” şirkətinin baş direktoru və mərhum şahmatçı Vüqar Həşimovun qardaşı Sərxan Həşimov deyib.

S.Həşimovun sözlərinə görə, yarışda məşhur şahmatçılar iştirak edəcəklər: “ShamkirChess" dünyanın ən güclü yarışlarından biri olacaq. Superturnirə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi yerli qrossmeysterlərdən əlavə, digər güclü şahmatçılar da qatılacaqlar. Təşkilatçılar turnirə çox yaxşı hazırlaşıblar. Növbəti uğurlu turnirimizin başlanmasına hazırıq”. 

Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilir. Əvvəlki 5 superturnirdən 3-də qalib adını dünya çempionu Maqnus Karlsen, qalan 2-də Şəhriyar Məmmədyarov qazanıb.  

Son xəbərlər

Orphus sistemi