Sahil Babayev Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüb

Sahil Babayev Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüb Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev və idarə heyətinin üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüblər.
Fərdi
15 İyun , 2024 14:01
Sahil Babayev Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüb

Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev və idarə heyətinin üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşüblər.

"Report" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri azərbaycanlı boksçuların Paris-2024-ə beş çəki dərəcəsində lisenziya qazanmasını yüksək qiymətləndirib. O, əsas hədəfin Parisdə qızıl medal qazanmaq olduğunu vurğulayıb.

Nazir Azərbaycanın boks millisinin Olimpiya Oyunlarında lisenziya sayına görə Avropada ilk sıralarda olduğunu, dünyada isə Özbəkistan, Qazaxıstan və Avstraliyadan sonra 4-cü yerdə qərarlaşdığını, hətta zəngin boks ənənələrinə malik ABŞ kimi ölkəni qabaqladığını, Kuba ilə eyni göstəriciyə malik olduğunu qeyd edib.

Millinin baş məşqçisi Pedro Roke yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib, boksçuların məsul yarışda uğur qazanması üçün çalışacaqlarını vurğulayıb.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 5 boksçumuz – Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi