Rusiyanın dünya çempionu olmuş bokçusu dörd illik cəzalanıb
Fərdi
- 28 yanvar, 2025
- 08:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Test Agentliyi (ITA) rusiyalı boksçu Qriqori Drozdu dörd il müddətinə diskvalifikasiya edib.
"Report"un məlumatına görə, o, antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb.
WBC-də yüngül çəkidə çempion olmuş idmançının diskvalifikasiyasının müddəti 2028-ci ilin sentyabrında başa çatacaq. Onun 2014-cü il sentyabrın 28-dən 2024-cü il sentyabrın 9-dək olan bütün nəticələri ləğv edilib.
Qeyd edək ki, 45 yaşlı keçmiş boksçu 2014-2016-cı illərdə WBC-də çempionluq kəmərinin sahibi olub. İdmançı peşəkar rinqdə 40 qələbə qazanıb və 1 məğlubiyyətlə üzləşib. Qriqori Drozd 2017-ci ildə karyerasını bitirib.
Son xəbərlər
13:09
SOCAR qazma işlərini 74 %-dən çox artırıb
Energetika
13:08
Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub
Ekologiya
13:07
Bəqai: İran ABŞ ilə atəşkəsi iki gün ərzində razılaşdırmağa hazırdır
Region
13:07
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək
Futbol
13:00
Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir
Futbol
12:58
"Alpin"in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
Fərdi
12:56
SOCAR III rübün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Energetika
12:48
Sabah Bakıda 23 dərəcə isti olacaq
Ekologiya
12:46
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Xarici siyasət