Rusiyalı qrossmeyster Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub

Fərdi
  • 05 oktyabr, 2015
  • 15:10
Rusiyalı qrossmeyster Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyalı qrossmeyster Sergey Karyakin Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun qalibi olub. 

"Report" xəbər verir ki, Sergey Karyakin "tay-brek"də həmyerlisi Pyotr Svidlerə 4:2 hesabı ilə qalib gəlib.

Mükafat fondu 1,6 milyon dollar olan yarışın qalibi 120 min dollar qazanacaq. Reqlamentə əsasən, finalçılar dünya çempionluğuna iddiaçıların turnirində iştirak etmək imkanı əldə ediblər.