Rusiya və Belarus cüdoçularının uzun fasilədən sonra qatılacaqları ilk beynəlxalq turnir müəyyənləşib
Fərdi
- 30 aprel, 2023
- 07:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya və Belarus cüdoçularının uzun fasilədən sonra qatılacaqları ilk beynəlxalq turnir müəyyənləşib.
“Report”un Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən məlumatına görə, adıçəkilən ölkələrin idmançıları Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Konkret olaraq 20 cüdoçu mundialda fərdi idmançı kimi mübarizə aparacaq.
7-14 may tarixlərində baş tutacaq dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Dünya çempionatında Azərbaycan millisi 9 çəki dərəcəsində 9 kişi və 4 qadınla təmsil olunacaq.
Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub.
Son xəbərlər
06:14
Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər
Fərdi
05:41
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
Digər ölkələr
05:28
Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
Fərdi
05:16
Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
Fərdi
04:31
Foto
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda
04:16
Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
Digər ölkələr
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr