Rusiya təmsilçilərinin Yay Paralimpiya Oyunlarında iştirakına icazə verilib

Fərdi
  • 29 sentyabr, 2023
  • 13:19
Rusiya təmsilçilərinin Yay Paralimpiya Oyunlarında iştirakına icazə verilib

Rusiya paralimpiyaçıları beynəlxalq turnirlərdə neytral statusda mübarizə apara biləcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, ölkə təmsilçiləri 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında iştirak edəcəklər.