Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Elvin Mürsəliyevin ardından Rövşən Bayramov döşək üzərinə çıxıb.
"Report"un məlumatına görə, 59 kq. çəki dərəcəsində çıxış edən Bayramov 1/8 finalda venesuelalı Rayber Xose Rodriges Orozkonu sınağa çəkib.
Görüş idmançımızın qələbəsi ilə başa çatıb.