Rövnəq Abdullayev: "Dünya çempionatının Bakıda keçirilməsi Azərbaycanda cüdonun inkişafına böyük təkan verəcək"

Rövnəq Abdullayev: "Dünya çempionatının Bakıda keçirilməsi Azərbaycanda cüdonun inkişafına böyük təkan verəcək" ACF prezidenti: "İnanıram ki, biz birlikdə güclü olacağıq və əl-ələ verib daha da irəli gedəcəyik"
Fərdi
6 Yanvar , 2017 10:02
Rövnəq Abdullayev: Dünya çempionatının Bakıda keçirilməsi Azərbaycanda cüdonun inkişafına böyük təkan verəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ "Belə böyük bir tədbiri Bakıda keçirdiyi üçün Beynəlxalq Cüdo Federasiyasına (İJF) minnətdarıq. Bu bütün dünyanı əhatə edən bir tədbirdir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev deyib.

İJF-nin Bakıda keçirdiyi məşqçi və hakimlərin beynəlxalq seminarına qatılan R.Abdullayev belə tədbirlərin Azərbaycanda cüdonun inkişafına təkan verdiyini bildirib: "Çalışacağıq ki, qonaqlara Azərbaycanın və ölkədə cüdonun inkişafını göstərək. Çox şadıq ki, cüdonun inkişafına dair dəyişikliklər bütün dünyaya Azərbaycandan bəyan olunur. Bu da bizim üçün böyük şərəfdir. Bu cüdonun inkişafına təkan verir. Ölkədə 10 minlərlə insan cüdo ilə məşğul olur. Bu da idman növünün populyarlaşdığını göstərir. Artıq 3 çəkidə dünya birinciləri azərbaycanlılardır. Bu da bizə şərəf verir. İnanıram ki, biz birlikdə güclü olacağıq və əl-ələ verib daha da irəli gedəcəyik".

R.Abdullayev 2018-ci ildə Bakıda keçiriləcək Dünya çempionatından da danışıb: "İJF qərar qəbul edib və detallar üzərində iş gedir. 2018-ci ildə cüdo üzrə Dünya çempionatı Bakıda keçiriləcək. Bu da Azərbaycanda cüdonun inkişafına böyük təkan verəcək. Bu səbəbdən onlara təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi