Rauf Məmmədov: Fransa çempionu olmaq böyük uğurdur
Fərdi
- 10 iyun, 2024
- 10:04
Komandamız gənc olduğu üçün bu nəticə böyük uğurdur.
Bunu "Report"a açıqlamasında "Chartres Echecs" klubunun heyətində Fransa çempionu olan Azərbaycan şahmatçısı Rauf Məmmədov deyib.
36 yaşlı qrossmeyster dörd il bu komandada çıxış etdiyini xatırladıb: "Azərbaycanlı şahmatçı Namiq Quliyev kapitanımızdır. Keçən il üçüncü olmuşduq. Bu il isə nəticəmizi yaxşılaşdırıb birinci yeri tutduq".
"Yarış vaxtı maraqlı anlar da oldu. Vacib qarşılaşmaların birində "Lion"a 2:1 hesabı ilə qalib gəldik. Həmin vaxt Karen Qriqoryanı məğlub etdim. Bu qalibiyyət son iki oyuna yaşıl işıq oldu", - deyə təcrübəli şahmatçı vurğulayıb.
Rauf Məmmədov bu il əsas hədəflərinin Şahmat Olimpiadasından Azərbaycana medalla qayıtmaq olduğunu sözlərinə əlavə edib.
Son xəbərlər
09:36
Prezidentin xüsusi nümayəndəsi: "İşğaldan azad edilmiş ərazilərində 20-dən çox kiçik SES tikilib"
Energetika09:36
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi mükafatlandırılıb
Formula 109:35
Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşır
Energetika09:35
"Birbaşa Bakı" və "Zirə" Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayır
Futbol09:29
Emin Hüseynov: "Ağdam Sənaye Parkında 1 500 daimi iş yeri yaradılıb"
İnfrastruktur09:24
Foto
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində kütləvi qəza olub - YENİLƏNİB-2
Formula 109:22
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
Hadisə09:18
Bəzi rayonlara yağış yağır - FAKTİKİ HAVA
Ekologiya09:17