Ramil Quliyev Avropada ayın atleti mükafatına layiq görülüb
Fərdi
- 04 sentyabr, 2017
- 13:34
Bakı. 4 sentyabr. REPORT.AZ/ Hazırda Türkiyə millisini təmsil edən azərbaycanlı Ramil Quliyev Avropada ayın atleti mükafatına layiq görülüb.
"Report"un məlumatına görə, bu, Avropa Atletika İttifaqının internet saytında keçirilən sorğu nəticəsində müəyyənləşib.
Səsvermənin yekununda 27 yaşlı sprinter avqustun ən yaxşı atleti sayılıb.
Qeyd edək ki, Ramil Quliyev ötən ay Böyük Britaniyanın paytaxtı Londondakı dünya çempionatında 200 metr məsafəyə qaçışda Türkiyəyə kişilər arasında ilk qızıl medalı qazandıraraq tarixə düşüb. O, İngiltərənin Birmingem şəhərində təşkil olunmuş Brilliant Liqada da eyni məsafəyə qaçışda qızıl, Almaniyanın paytaxtı Berlindəki İSTAF Oyunlarında isə 100 metr məsafəyə qaçışda gümüş medala yiyələnib.
Son xəbərlər
06:43
Ceyhun Bayramov Antonio Quterreşlə görüşüb
Xarici siyasət06:28
Pentaqon: İrana qarşı əməliyyatlarda ABŞ-nin 861 hərbçisi yaralanıb
Digər ölkələr06:15
Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub
Digər ölkələr05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28