Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub 2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Fərdi
19 Oktyabr , 2022 15:15
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

2008-ci ildən fəaliyyət göstərən Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.

"Report"un məlumatına görə, bu vəzifə tanınmış idman jurnalisti Elşən Məmmədova həvalə edilib. O, yeni iş yerində Məcid Məcidovu əvəzləyib.

E.Məmmədov "Report"a açıqlamasında məlumatı təsdiqləyərək, etimadı doğrultmaq üçün can-başla çalışacağını söyləyib.

Qeyd edək ki, Elşən Məmmədov 23 ilədək idman mətbuatında - "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" İnformasiya agentliklərində müxbir və idman şöbəsinin redaktoru kimi çalışıb, "Tərəqqi" medalı ilə təltif olunub.

E.Məmmədov eyni zamanda, İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi, ardıcıl 9 il "İlin Qalibləri" layihəsini, eləcə də son iki ildə minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.

Elşən Məmmədov
Elşən Məmmədov

Son xəbərlər

Orphus sistemi