Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi alıb

Fərdi
  • 02 sentyabr, 2021
  • 15:10
Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi alıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, 200 metr məsafəyə qaçışda mübarizə aparan görmə məhdudiyyətli qadın para-atlet Keula Nidreyya yarış başa çatdıqdan sonra gözlənilməz sürprizlə qarşılaşıb.

Yarışı sonuncu pillədə başa vuran kabo-verdeli idmançının bələdçisi və nişanlısı Manuel Vaz de Beqa qaçış zolağında diz çökərək, ona evlilik təklif edib. Nidreyya təklifə müsbət cavab verib.

Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi alıb

44 filmi