"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
Fərdi
- 03 may, 2024
- 17:09
Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə kanoe-kayak və akademik avarçəkmə növündə qaliblərə kuboklar təqdim olunub.
Kanoe-kayakda Gürcüstan millisi, akademik avarçəkmədə isə Özbəkistan seçməsi birinci olub.
Mükafatları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov və Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli təqdim ediblər.
Daha sonra bağlanış bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan yığması turniri 9 medalla başa vurub.
Son xəbərlər
10:51
Azərbaycanda ev təsərrüfatlarının ötənilki İKT xərclərinin strukturu açıqlanıb
İKT10:50
Dələduzluğa görə axtarışda olan 11 nəfər istintaqa təhvil verilib
Hadisə10:42
Rusiyanın Ukraynaya zərbələri nəticəsində 4 nəfər ölüb, 30-dan çox insan yaralanıb
Digər ölkələr10:41
Foto
Video
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
Daxili siyasət10:35
AAYDA vətəndaşlara müraciət edib
İnfrastruktur10:33
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" Takasaki mərhələsinə qələbə ilə start verib - YENİLƏNİB
Komanda10:32
Azərbaycan Mərkəzi Bankının baş direktorlarından biri işdən çıxıb
Maliyyə10:28
Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyulda da artıb
Maliyyə10:26