Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafəyə atəşaçma yarışında mübarizə aparıb.
"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançımız ikinci mərhələdə 291 xal toplayıb.
Beləliklə, iki mərhələnin yekunlarına görə ümumilikdə 580 xal toplayan atıcımız 29 iştirakçı arasında 18-ci olub və finala vəsiqə qazana bilməyib.
Qeyd edək ki, R.Lunyov Paris-2024-də daha əvvəl pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında 571 xal toplayaraq 33 iştirakçı arasında 24-cü olmuşdu.
Azərbaycan atıcısı Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafəyə atəşaçma yarışında mübarizəyə start verib.
"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, o, ilk mərhələdə 300 mümkün xaldan 289-nu toplayıb.
İdmançımız bu nəticədən sonra 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.