Paralimpiya çempionu: "Parisdə də çempion olmaq istəyirəm"

Paralimpiya çempionu: "Parisdə də çempion olmaq istəyirəm" "Bunu eşidəndə böyük qürur hissi keçirdik və tək olmadığımızı hiss etdik. Prezident bizim arxamızdadır"
Fərdi
206
30 Avqust , 2021 12:13
Paralimpiya çempionu: Parisdə də çempion olmaq istəyirəm
Vüqar Şirinli

"Məqsəd çempion olmaq idi, buna da nail olduq. Digər komanda yoldaşlarıma da qələbə arzulayıram. Qalibiyyətimin səbəbkarları məşqçilərdir. Onlara təşəkkür edirəm".

Bu fikirləri "Report"a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan paracüdoçusu Vüqar Şirinli Bakıdakı qarşılanma zamanı deyib. 60 kq çəki dərəcəsində çıxış edən idmançı qələbəni Vətən müharibəsi şəhidlərinə həsr edib.

Şirinli yarışdan əvvəl rəqiblərini analiz etdiyini bildirib: "Özümə güvənirdim ki, qələbə qazanacağam. Saat fərqi bir qədər çətinlik yaratdı. Yata bilmirdim, çəki salmaq problem oldu. Ramil Qasımov koronavirusa yoluxduğu üçün karantinə alındıq. Buna baxmayaraq, rəqiblərimi məğlub etdim. Final qarşılaşması daha çətin alındı".

Paracüdoçu hələ də idmanda qalmaq istədiyini sözlərinə əlavə edib: "Uğur uğuru gətirər. 2024-cü il Paris Yay Paralimpiya Oyunlarında da yarışmaq niyyətindəyəm. Ümid edirəm ki, orada da qızıl medal qazanacağam".

Paralimpiyaçı Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın onu təbrik etmələrindən də danışıb: "Bunu eşidəndə böyük qürur hissi keçirdik və tək olmadığımızı hiss etdik. Prezident bizim arxamızdadır. Təbriklərdən sonra gücümüz daha da artdı. Onların bizimlə maraqlanmaları komandamın digər üzvlərinə də da stimul verir".

Bürünc medal qazanan Namiq Abaslı (66 kq) da yarışdan əvvəl rəqiblərini analiz etdiyini söyləyib: "Özümü finalda görürdüm. Amma bu, idmandır. Cüdoda hər şey olur. Təsəlliverici və bürünc medal uğrunda görüşlərdə qalib gələrək bürünc medal əldə etdim. Komandamızın üzvləri qızıl medal qazandı, onların verdiyi dəstək sayəsində ilk məğlubiyyətdən sonra ruhdan düşmədim və sonadək mübarizə apardım".

Son xəbərlər

Orphus sistemi