Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Fərdi
  • 10 noyabr, 2022
  • 11:50
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, yığma finalda Türkiyə kollektivi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan paracüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.