Oloxan Musayev Tunis Qran-prisində gümüş medal qazanıb
Fərdi
- 17 iyun, 2026
- 10:38
Azərbaycanın paralimpiya çempionu Oloxan Musayev Tunisdə təşkil olunan Qran-pridə gümüş medal qazanıb.
"Report" Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, nüvəitələmə yarışında F55 kateqoriyasında çıxış edən paralimpiyaçı 11.64 metr nəticə göstərib.
Daha əvvəl komandanın digər üzvü Rüfət Rəfiyev F36 kateqoriyasında gümüş medala sahib olub.
Qeyd edək ki, iyunun 19-da başa çatacaq yarışda Azərbaycanı nüvəitələmə növündə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışında da qüvvələrini sınayacaqlar.
Milliyə baş məşqçi Oleq Panyutin rəhbərlik edir.
Son xəbərlər
10:01
Foto
Hacıqabulda qəzada xəsarət alanların bəzisinin şəxsiyyəti məlum olub - YENİLƏNİB
Hadisə09:53
Murat Yakın: "Hakimin səhvi bizi cəzalandırdı"
İdman09:49
Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır - FAKTİKİ HAVA
Ekologiya09:40
Qətərin keçmiş əmiri vəfat edib
Digər ölkələr09:17
Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
İdman09:10
Messi dünya çempionatları tarixində ilkə imza atıb
İdman08:58
DÇ-2026: FİFA İngiltərə millisinin Norveçlə oyununda ilk qolunun hesaba alınması səbəbini izah edib
Futbol08:39
Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:18