Olimpiya çempionu olan güləşçi peşəsini dəyişib
Fərdi
- 01 iyun, 2024
- 07:04
2020-ci ildə 125 kq çəki dərəcəsində sərbəst güləş üzrə olimpiya çempionu olan Qeybl Stivson peşəsini dəyişib.
"Report" ESPN-ə istinadən xəbər verir ki, 23 yaşlı güləşçi ABŞ-nin Milli Futbol Liqasında (NFL) iştirak edən "Baffalo Bills" klubu ilə üç illik müqavilə imzalayıb.
“İdmanımın ən yüksək səviyyəsində yarışmaq mənə qismət oldu. Lakin güləş bacarıqlarımın futbolda necə tətbiq oluna biləcəyini görmək üçün yeni çağırış gözləyirəm. Mənə fürsət verdiyi üçün "Buffalo Bills"ə minnətdaram”, - deyə Q.Stivson bildirib.
Qeyd edək ki, "Baffalo Bills" 1990-1993-cü illərdə Superboulda ardıcıl dörd dəfə final matçına çıxsa da, hər birində məğlub olub.
Son xəbərlər
05:21
OpenAI ən güclü süni intellekt modellərinin təlimini müvəqqəti dayandırıb
İKT04:48
Avropa İttifaqı Afrikada əhaliyə 710 milyon avro ayıracaq
Digər ölkələr04:15
Boeing 737 MAX təyyarələrinin proqram təminatında nasazlıq aşkarlanıb
Digər ölkələr03:52
ABŞ və Çin $30 milyard məbləğində tariflərin qarşılıqlı azaldılması barədə razılaşıb
Digər ölkələr03:17
Azərbaycan Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir
Xarici siyasət02:51
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
Digər ölkələr02:16
Türkiyə "S-400"ləri başqa ölkəyə vermək üçün danışıqları davam etdirir
Region01:39
İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
Region01:21