Olimpiya çempionları koronavirusa görə xəstəxanalarda işləyir

Olimpiya çempionları koronavirusa görə xəstəxanalarda işləyir Müxtəlif ölkənin olimpiya çempionları koronavirusa görə xəstəxanalarda işləyirlər.
Fərdi
7 Aprel , 2020 16:58
Olimpiya çempionları koronavirusa görə xəstəxanalarda işləyir

Müxtəlif ölkənin olimpiya çempionları koronavirusa görə xəstəxanalarda işləyirlər. 

"Report" Beynəlxalq Olimpiya Komitəsinin (IOC) "Olympic Channel" telekanalına istinadən xəbər verir ki, 4 idmançı ölkələrində digər peşələri olan həkimlik və tibb bacısı kimi fəaliyyət göstərir.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış argentinalı qadın cüdoçu Paula Pareto Buenos-Ayresdəki San İsidro xəstəxanasında həkimlik edir. 

Hokkey üzrə kanadalı 4 qat olimpiya çempionu və IOC-un üzvü Heyli Uikenhayzer isə Torontodakı xəstəxanaların təcili yardımında çalışır. 

2012-cı il London Yay Olimpiya Oyunlarında Niderland yığması ilə qızıl medal əldə etmiş otüstü hokkeyçi Coys Sombruk ölkəsində koronavirusa görə xəstəxanada xidmət edir. 

Qeyd edək ki, daha öncə İtaliyada basketbol hakimləri əsas peşələri olan həkimliyə qayıdıb. 

Son xəbərlər

Orphus sistemi