Yuxarı

İtaliyada basketbol hakimləri həkimlik edir

İtaliyada basketbol hakimləri həkimliyə qayıtdılar

317

İtaliyanın basketbol hakimləri Guido GiovannettiSilvia Marziali əsas peşələri olan həkimliyə başlayıblar.

“Report”un məlumatına görə, Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına açıqlma verən Giovannetti çox çətin durumda olduqlarını bildirib.

O, İtaliyada hökumətin həkimlərdən daha çox kömək istədiyini söyləyib: “Baridəki xəstəxanada işləyirəm. Daha öncə kardiologiya şöbəsində idim, amma hazırda koronavirus xəstələri üçün fərqli sahəyə keçdik. Qorxumuz şimalda virusun azalmaması və cənubdan şimala gedən insanların virusu yaymaq ehtimalıdır. Nə vaxt bitəcəyini bilmirik”

Fermodakı bir xəstəxana ilə Romadakı təcili yardımda işləyən Marziali də öz təəssüratlarını bölüşüb: “Həkim olan vaxt bir söz veririk və işləyərkən bu sözü yerinə yetirməkdən qürür duyuruq. Həqiqətən, koronavirus başlayanda özüm kömək etmək istədim. İşimiz hər zaman çətindir və uzun növbələrdə işləyirik. İndi qorxumuz daha da böyükdür, çünki virusu ailəmizə gətirə bilərik və başqaları da yoluxa bilər".

Marziali basketbolun ona çox şey verdiyini deyib: “Basketbol mənə açıq fikirli olmağı, özümə meydan oxumağı, təkmilləşməyi və bir şeyə bağlanmağı öyrətdi. FIBA-nın sayəsində Avropanı kəşf etdim, müxtəlif ölkələrdə yeni insanlarla tanış oldum və bunlar mənim üçün çox önəmlidir”.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi