Güləşçilərin məşqləri nazirliyin planına uyğun olmayıb?

Güləşçilərin məşqləri nazirliyin planına uyğun olmayıb? "Gənclər və İdman Nazirliyinin hər il təqvim planı olur. Təqvim planında yarışlarla bərabər eyni zamanda milli komandaların məşqləri də yerləşdirilir. Hansı rayonda və ya hansı tarixdə keçirilməsi qeyd olunur. Güləşçilərin bu dəfə keçdikləri məşq bizim tə
Fərdi
23 Noyabr , 2020 16:40
Güləşçilərin məşqləri nazirliyin planına uyğun olmayıb?

"Bizim hər il təqvim planımız olur. Təqvim planında yarışlarla bərabər milli komandaların məşqləri də yerləşdirilir, hansı rayonda və ya hansı tarixdə keçiriləcəyi qeyd olunur. Güləşçilərin bu dəfə keçdikləri məşq bizim təqvim planına uyğun deyil".

Bu fikirləri "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sərbəst güləş üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxmanın qeydə alınmasına münasibət bildirərkən deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, güləş yığmasının hazırlıq prosesi təqvim planı əsasında aparılmayıb: "Bu səbəbdən, heç nə deyə bilmərik. Nazirliyin təqvim planında onların təlim-məşq toplanışı yox idi. Toplanışı necə razılaşdırıblar, onu deyə bilmərəm. Amma Nazirliyin təqvim planı əsasında məşq prosesi getməyib".

Azərbaycan Güləş Federasiyasınım Mətbuat katibi Sərxan Musalı "Report"a bildirilib ki, hər ilin əvəlində bütün yarışların təqvimi beynəlxalq federasiyaların təqvim planına əsasən müəyyələşir: "Bu yarışlara uyğun olaraq federasiyaların yığma komandalarının təlim-məşq prosesləri də buna uyğun müəyyənləşir və nazirliyə təqdim olunur. Qurum bunun əsasında illik təqvim planı müəyyənləşdirir. 2020-ci ildə gözlənilmədən olimpiada təxirə salındı, həmçinin lisenziya yarışları baş tutmadı. Belə şəraitdə təqvim planından kənara çıxmaq məcburiyyətində qaldıq. Bu, bütün idman idman növlərinə aiddir. Bu il olimpiada keçirilmədiyi üçün Dünya Güləş Birliyi təqvim planında dəyişiklik etdi və dünya çempionatı keçirmək qərarına gəldi, daha sonra mundial Dünya Kuboku ilə əvəz olundu".

Federasiya rəsmisinin sözlərinə görə, Dünya Kuboku ilin əvvəlində planda olmayıb: "Qərar ilin ikinci yarısında qəbul edilib. Bizim də ilin əvvəlində müəyyənləşdirdiyimiz təlim-məşq planı dəyişilmiş oldu. Hazırlıq prosesinin nazirliyin təqvim planında yer almaması tam təbiidir. Fors-major haldır. Ancaq istənilən təlim-məşq toplanışları başlayanda Gənclər və İdman Nazirliyi məlumatlandırılır və onların razılığı alınır. Çünki müxtəlif yerlərdə çalışan və təhsil alan idmançılarımız olur ki, onların iştirakı üçün icazə alınmalıdır. Bununla bağlı nazirliyə məktub göndərilir və müraciət olunur. Nazirliyin razılığı olmasa idi, "yox" cavabı verərdilər. Nazirliyin razılığı alındıqdan sonra toplanışlar icra olunur".

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasında bir neçə məşqçinin və güləşçi Turan Bayramovun testi müsbət nəticələnib.

Son xəbərlər

Orphus sistemi